Naxçıvanda 4 kənddə yanğın baş verib - FOTO
24-25 avqust tarixlərində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəngərli rayonu Xok və Çalxanqala kəndlərində ot bağlamalarında, Şərur rayonu İbadullah kəndində biçilmiş taxıl sahəsində, Sədərək rayonu Sədərək kəndində isə həyətyanı sahədə yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.
Far.Az-nın yerli bürosu xəbər verir ki, məlumatlarla əlaqədar dərhal Kəngərli, Şərur və Sədərək Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Xok kəndində baş verən yanğın hadisə nəticəsində 5100 kq ot bağlanması və 25 m² yardımçı tikilinin yanar konstruksiyaları yanıb, 850 kq ot bağlanması və 20 m² digər yardımçı tikili yanğından mühafizə olunub. Çalxanqala kəndində isə 1190 kq ot bağlaması və tayanın üzərinə qurulan 90 m² çardağın yanar konstruksiyaları yanıb, 680 kq ot bağlaması və 90 m² yardımçı tikili yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Naxçıvanın üç rayonunda yanğın hadisələri olub
Naxçıvanın üç rayonunda yanğın hadisələri olub - FOTO
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur













