Ukraynada hərbi vəziyyət yalnız müharibə başa çatdıqdan sonra ləğv ediləcək
Ukraynada hərbi vəziyyət yalnız müharibə başa çatdıqdan sonra ləğv ediləcək.
"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı bildirib.
Atəşkəsdən sonra hərbi vəziyyətin ləğvinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Zelenski qeyd edib ki, əsas mərhələ atəşkəsdir.
"Biz atəşkəsə hazırıqmı? Bəli. Məsələ Rusiya tərəfinin buna hazır olub-olmamasıdır", - Ukrayna lideri vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlar tərəfindən atəşkəs prosesinin texniki monitorinqi də vacibdir: "Göydə və dənizdə sükutu izləmək mümkündür, amma hər yerdə atəşkəsdən danışırıqsa, tərəfdaşlardan texniki dəstək lazımdır".
Zelenski bildirib ki, müharibənin dayandırılması və Ukraynanın təhlükəsizliyinə zəmanət verilməsi üçün mərhələli plan hazırlandıqdan sonra onun mərhələli şəkildə həyata keçirilməsinə başlanılacaq.
"Müharibə bitdikdən sonra hərbi vəziyyət ləğv ediləcək. Ardından Ukrayna qanunvericiliyinə uyğun şəkildə seçkilər keçiriləcək. Heç kim bilərəkdən heç nəyi təxirə salmayacaq", - Ukrayna Prezidenti söyləyib.
Xatırladaq ki, bundan əvvəl Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ABŞ-nin Kiyevdən 2025-ci ilin sonuna qədər, xüsusən də Rusiya ilə atəşkəs əldə olunacağı halda, seçki keçirməsini istədiyini bəyan etmişdi.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













