Moskvada fırtınaya görə parklar bağlanır - SƏBƏB
Far.Az xəbər saytı

Moskvada fırtınaya görə parklar bağlanır - SƏBƏB


Moskvada hava şəraitinin kəskin pisləşməsi səbəbindən paytaxtdakı parklar müvəqqəti bağlanıb.

BAKU.WS xəbər verir ki, "Sokolniki" parkının administrasiyası bu qərarı açıqlayıb və bütün tədbirlərin ləğv edildiyini bildirib.

"Fili", "Qırmızı Presnya" və "Qorki" parkları da fəaliyyətini dayandırıb. "Fili" parkının rəhbərliyi açılış tarixi barədə əlavə məlumat veriləcəyini qeyd edib.

Bundan əlavə, güclü külək səbəbindən VDNX-dəki "Hava tramvayı" kanat yolu müvəqqəti bağlanıb. Moskva Günəşi adlı dönmə çarxı isə fəaliyyətini davam etdirir.

"Fobos" hava mərkəzinin eksperti Yevgeni Tişkovetsin məlumatına görə, 14 martda Moskvanı 9 bal gücündə fırtına vuracaq. Ən güclü külək 15:00-dan 18:00-a qədər müşahidə olunacaq, küləyin sürəti saniyədə 22 metrə çata bilər. Yağış gözlənildiyindən paytaxtda "sarı" hava təhlükəsi rejimi elan edilib və bu rejim 22:00-a qədər qüvvədə olacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Moskva sakinlərinə XƏBƏRDARLIQ - Martın 14-ü 9 ballıq…
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər