Mətbuat Şurası professor Nəsiman Yaqublunun vəfatı ilə bağlı başsağlığı verib
Mətbuat Şurası professor Nəsiman Yaqublunun vəfatı ilə bağlı başsağlığı verib.
APA xəbər verir ki, Mətbuat Şurası professor Nəsiman Yaqublunun vəfatı ilə bağlı nekroloq yayıb:
"Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının professoru, dəyərli pedaqoq Nəsiman Yaqublunun vaxtsız vəfatından kədərləndiklərini bildirir, mərhumun ailə üzvlərinə, doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
N.Yaqublu Azərbaycanda jurnalistikanın elmləşməsinə layiqli töhfələr verib. Alimin yaradıcılığında mətbuatımızın ictimai fikrin formalaşmasındakı müstəsna rolu vurğulanıb. Bütün bunların əksini tapdığı çoxsaylı kitablar və məqalələr ona nəinki elm ictimaiyyətində, bütövlükdə cəmiyyətdə rəğbət yaradıb.
Müstəqillik illərində ölkəmizdə peşəkar jurnalist nəslinin yetişməsində xidmətlərə malik N.Yaqublunun yoxluğu onu tanıyan hər kəs üçün böyük itki və üzüntüdür. MŞ İdarə Heyətinin üzvləri bu üzüntü və kədəri bölüşür, mərhumun doğmalarına, əzizlərinə və həmkarlarına səbr diləyir.
Allah rəhmət eləsin!".
Oxşar xəbərlər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Professor Nəsiman Yaqublu yol qəzasında ölüb - YENİLƏNİB-2
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Türkiyə–Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur
-
"Reuters": ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir













