"Fitch": Fransada yeni parlament seçkiləri 2025-ci ilin ikinci yarısında keçirilə bilər
Far.Az xəbər saytı

"Fitch": Fransada yeni parlament seçkiləri 2025-ci ilin ikinci yarısında keçirilə bilər


Fransada 2025-ci ilin ikinci yarısında yeni parlament seçkiləri keçirilə bilər.

"Report" xəbər verir ki, vəziyyətin bu cür inkişaf ssenarisi "Fitch Ratings" beynəlxalq reytinq agentliyi tərəfindən proqnozlaşdırılıb.

Agentliyin məlumatında qeyd olunub ki, "Fitch" Fransanın xarici və milli valyutada uzunmüddətli emitent defoltu reytinqlərini "AA-" səviyyəsində təsdiqləyib, reytinq proqnozu "mənfi"dir.

"Fitch" Fransanın dövlət borcunun 2028-ci ilə qədər ÜDM-in 120 %-nə çatacağını proqnozlaşdırır ki, bu da "AA" reytinqinə malik ölkələr arasında ikinci ən böyük göstərici olacaq.

"Fransada 2024-cü ildə keçirilmiş növbədənkənar seçkilərdən və 2025-ci il büdcəsi haqqında qanun layihəsinə görə Barnye hökumətinin müvəffəqiyyətsizliyindən sonra ölkədə siyasi böhran və qütbləşmə güclənib. Baş nazir Bayrunun rəhbərlik etdiyi hazırkı sağ mərkəz koalisiyasının Milli Assambleyada mütləq çoxluğa malik olmaması iqtisadi və fiskal qərarların qəbulunu çətinləşdirir. Biz yeni seçkilərin, böyük ehtimalla, 2025-ci ilin ikinci yarısında elan ediləcəyini gözləyirik. Lakin iqtisadi siyasətin nəticələri və təsirləri son dərəcə qeyri-müəyyəndir", - agentlik vurğulayıb.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycanın kredit reytinqi: ədalətli qiymətləndirmənin vaxtı gəlib?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər