Xırdalanda yaşayış binasında baş vermiş yanğın söndürüldü
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ondördmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ikiotaqlı mənzilin mətbəxində 2 p.m. mətbəx mebeli və 1 ədəd paltaryuyan maşın yanıb.
Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, hazırda ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraitini nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
***11:11
Xırdalanda "Kristal Abşeron" yaşayış binasında yanğın başlayıb.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
FHN-in Mətbuat Xidmətindən bildirilib ki, nazirliyin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verməsi ilə əlaqədar məlumat daxil olub:
"Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları və texnikası cəlb olunub. Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər aparılır. Əlavə məlumat veriləcək".
Oxşar xəbərlər
Xırdalanda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xırdalanda yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB-2
Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - VİDEO - YENİLƏNİB-8
Binədə yataqxanada güclü yanğın olub, sakinlər xüsusi texnika ilə xilas edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" Türkiyə klubunda çıxış edən hücumçu ilə maraqlanır
-
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"
-
İrəvandan Qarabağa qədər silinən tarix: mədəni irsə qarşı uzunmüddətli siyasət - ŞƏRH
-
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
-
Azərbaycan iyunda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib













