Rusiyada türk seriallarının yayımlanması qadağan edilir?
Far.Az xəbər saytı

Rusiyada türk seriallarının yayımlanması qadağan edilir?


"Rusiya veteranları" ictimai hərəkatı Roskomnadzor, Dövlət Duması və Mədəniyyət Nazirliyinə türk seriallarının ölkədə yayımının qadağan edilməsi xahişi ilə müraciətlər göndərib.

Qurumun fikrincə, türk serialları demoqrafik vəziyyətə mənfi təsir edir, rus qadınlarında qeyri-real kişi obrazı yaradır.

Far.Az xəbər verir ki, "Veçernyaya Moskva" Dövlət Dumasının deputatı, Rusiyanın əməkdar idman ustası Svetlana Jurova ilə məşhur türk seriallarının Rusiya Federasiyasında qadağan edilməsinə həqiqətən də dəyər olub-olmadığını müzakirə edib.

Rusiyalı millət vəkilinin fikrincə, türk seriallarında ölkə səviyyəsində qadağan oluna biləcək heç bir şey göstərilmir:

"Mən türk filmlərinin pərəstişkarı olmamağıma və yalnız "Möhtəşəm Yüzyıl"a baxmağıma (bütün epizodlara deyil) baxmağıma baxmayaraq, onlarda ictimaiyyəti narahat edəcək heç nə görmürəm. Üstəlik, bəziləri seriala əyləncə baxımından deyil, tarixi komponentlə maraqlandıqları üçün baxa bilər".

Bundan əlavə, deputat vurğulayıb ki, hətta rus seriallarında real həyatla nadir hallarda əlaqəsi olan süjetlər və səhnələr göstərilir.               

Jurova qeyd edib ki, istər Türkiyə, istər Amerika, istərsə də Rusiya olsun, istənilən istehsalın uzun müddət davam edən serialları reallığı əks etdirmir, ona görə də seriallar adlanır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər