Ərdoğan: "Dörd gün ərzində xalqımızı bölmək üçün hər şeyi etdilər"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul təşkilatının iftar mərasimində müxalif Cümhuriyyət Xalq Partiyasını (CHP) sərt şəkildə tənqid edib.
Far.Az "Haber Global"a istinadən xəbər verir ki, İstanbulun meri Ekrem İmamoğlu üzərindəki məhkəmə prosesi fonunda dövlət başçısı bir sıra bəyanatlar verib.
"Bizim bələdiyyələrimiz korrupsiyanı dəstəkləməyəcək. Bizim bələdiyyələrimiz ədalətsizliyə dözməyəcək. Bizim bələdiyyələrimiz nəyin doğru, nəyin həqiqət, nəyin halal, nəyin haram olduğunu bilərək öz xalqına xidmət edəcək. Müxalifət nə etsə də, biz heç vaxt sağlam düşüncədən, səbrdən və təmkindən əl çəkməyəcəyik.
Dörd gün ərzində onlar millətin sakitliyini pozmaq və xalqımızı bölmək üçün hər şeyi etdilər. Polisimizə hücumlardan tutmuş məhkəmə orqanlarımızı qorxutmaq və küçə terroru vasitəsilə milli iradəni boğmağa qədər hər şeyə əl atdılar. KİV-ə qarşı təhdidlər onların ruhi vəziyyətini göstərir. Cümhuriyyət Xalq Partiyası bir qrup quldur üçün pul yuma maşınına çevrilib", - deyə Ərdoğan qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Oktyabrda Azərbaycanda ilk dəfə Halal Biznes Forumu keçiriləcək
AZSTAND beynəlxalq standartlara uyğunlaşma ilə bağlı fəaliyyətini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













