İmamoğlu işi: Daha üç vəzifəli şəxs həbs olunub
Far.Az xəbər saytı

İmamoğlu işi: Daha üç vəzifəli şəxs həbs olunub


İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlunun korrupsiya və terrorçulara dəstək şübhəsi ilə başladılan istintaq çərçivəsində məhkəmə daha üç vəzifəli şəxsin həbsi barədə qərar verib.

Far.Az report-a istinadən xəbər verir ki, onlar Şişli Bələdiyyə sədri Rəsul Emrah Şahan, İslahatlar İnstitutunun direktoru Mehmet Əli Çalışkan və İstanbul Böyükşəhər Bələdəiyyəsinin baş katibinin müavini Mahir Polatdır.

Adı çəkilən şəxslər silahlı terror təşkilatına yardımda ittiham edilirlər.

Qeyd edək ki, daha əvvəl E.İmamoğlu həbs olunub.

Onunla yanaşı, daha 18 nəfər - Əli İlbak, Adəm Tuncay, Əhməd Köksal, Əli Nuhoğlu, Əyyub Subaşı, Kamil Timur Dəlibaş, Murat Abbas, Mete Sarıaltun, Alpər Aydın, Serdal Taşkın, Sərkan Öztürk, Mustafa Nihat Sütlaş, Süleyman Atik, Əhməd Çiçək, Yusuf İlbak, Sərvət Yıldırım, Serdar Haydanlı və Buğra Gökçə haqqında həbs qərarı çıxarılıb.

Oxşar xəbərlər

Ekrem İmamoğlu və digər şəxslər həbs ittihamları ilə məhkəməyə aparılıb
Ekrem İmamoğlu həbs olundu
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər