Papa beş həftə sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı
Far.Az xəbər saytı

Papa beş həftə sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı


Fevralın 14-də xəstəxanaya yerləşdirilən Papa Fransisk son beş həftədən sonra ilk dəfə dindarların qarşısına çıxıb.

Far.Az report-a istinadən xəbər verir ki, o, ənənəvi bazar günü xeyir-dua vermək üçün Romadakı Aqostino Gemelli xəstəxanasının pəncərələrindən birinin eyvanına çıxıb və bundan sonra tibb müəssisəsindən buraxılıb.

Xəstəxananın qarşısına yüzlərlə adam toplaşıb. İntensiv oksigen terapiyası alan Papa zəif səslə "Hamınıza təşəkkür edirəm" deyib.

O, iqamətgahı olan Vatikanın Müqəddəs Marta otelində, xüsusən də səsini bərpa etmək üçün əlavə müalicə alacaq. Onun fəaliyyəti əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər