"Euronews" Qlobal Bakı Forumuna həsr olunmuş xüsusi reportaj hazırlayıb
"Euronews" telekanalında "Focus" verilişinin növbəti buraxılışı efirə çıxıb. Reportaj martın 13-15-də Bakıda keçirilən XII Qlobal Bakı Forumuna həsr olunub.
Far.Az "Report"a istinadən xəbər verir ki, forum haqqında reportaj telekanalın rəsmi saytında dərc edilib.
"XII Qlobal Bakı Forumu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında vacib qlobal problemlərin müzakirəsi üçün yüksək vəzifəli şəxsləri və siyasətçiləri bir araya gətirdi", - telekanal qeyd edib.
Reportajda göstərilib ki, forumdakı müzakirələr Avropa İttifaqının genişlənməsi, Cənubi Qafqazda regional təhlükəsizlik kimi mövzular ətrafında cəmləşib.
"Liderlər daha sıx beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar. Albaniya öz Avropa istəklərini təsdiqlədi, ekspertlər isə Qərbi Balkanlarda sabitliyin vacibliyini diqqətə çatdırıblar", - "Euronews" qeyd edib.
Telekanal, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibənin kadrlarını təqdim edir ki, burada Azərbaycan lideri Cənubi Qafqaz təhlükəsizlik mexanizminin yaradılmasının vacibliyini vurğulayıb.
"Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq", - telekanal İlham Əliyevlə müsahibədən bir parçanı təqdim edib.
Həmçinin "Euronews" Albaniya Prezidenti Bayram Beqayla müsahibənin kadrlarını təqdim edib ki, burada həmin dəyərlərin qorunmasının vacibliyini bəyan edib: "Azadlıq, demokratiya, insan ləyaqəti, ədalət - bunlar qorumalı olduğumuz şeylərdir".
Bununla yanaşı, telekanal Balkan yarımadasının təhlükəsizliyi məsələsinə diqqət ayırıb. Bu məsələ ilə bağlı telekanal Monteneqronun sabiq prezidenti Milo Cukanoviçlə müsahibədən bir parça təqdim edib ki, burada o, regionun Avropa ilə qarşılıqlı əlaqəsi və Aİ-yə üzvlük perspektivləri barədə danışıb.
"Bu, Qərbi Balkanlarda siyasi qərarlar qəbul edənlər üçün bir çağırışdır. Amma mənim fikrimcə, söhbət yeni geosiyasi kontekstdə Avropanın gələcəyindən gedir", - Monteneqronun sabiq prezidenti bildirib.
Reportajda həmçinin qeyd olunub ki, forumun iştirakçıları onun qlobal təhlükəsizlik və iqtisadi inkişaf məsələləri üzrə siyasi müzakirələrin formalaşmasındakı rolunu vurğulayıblar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













