Tokayev yayda Si Cinpinlə Qazaxıstan-Çin strateji əməkdaşlığının yeni məqsədlərini razılaşdırmağı planlaşdırır
Far.Az xəbər saytı

Tokayev yayda Si Cinpinlə Qazaxıstan-Çin strateji əməkdaşlığının yeni məqsədlərini razılaşdırmağı planlaşdırır


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Tszyançao ilə görüşüb.

"Report"un Qazaxıstan bürosu ölkə prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, K.Tokayev görüşdə Qazaxıstanın "vahid Çin" siyasətinə dəyişməz sadiqliyini təsdiqləyib.

Prezident, həmçinin əmin olduğunu bildirib ki, Çin sədri Si Cinpinin bu ilin iyun ayında II "Mərkəzi Asiya – Çin" sammitində iştirak etmək üçün Astanaya səfəri çərçivəsində "strateji əməkdaşlığın yeni üfüqləri" müəyyən ediləcək.

K.Tokayev Qazaxıstan və Çin arasında ticarət dövriyyəsinin artırılması və nəqliyyat, logistika, energetika və süni intellektin inkişafı sahələrində iri investisiya layihələrinin həyata keçirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
YAP və Çin Kommunist Partiyası əməkdaşlıq memorandumu imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər