Türkiyənin Suriyadakı mövcudluğu kimləri narahat edir?
Suriyanın yeni hökuməti Palmiradakı hərbi bazanı Türkiyəyə verib. Baza ABŞ-nin Almaniyadakı Ramstayn bazası qədər böyük olacaq. Bu barədə Türkiyənin "Yeni Şəfəq" nəşrinin rus dilində yayımlanan Teleqram kanalında məlumat yayılıb.
Məlumata görə, Ankara BMT başda olmaqla, bütün böyük dövlətləri xəbərdar edib və ona qarşı istənilən təcavüz aktının güclə qarşılanacağını bəyan edib.
"Hadisələrin bu inkişafı İsraili ən çox narahat edib. Müxtəlif İsrail nəşrləri Türkiyənin Suriyadakı mövcudluğunun İsrail üçün təhlükə yaratdığını, Ankaranın hər an öz qüvvələrini şimaldan Palmiraya köçürə biləcəyini yazır. Bu prosesi dayandırmaq üçün İsrail və ABŞ arasında danışıqların aparılmasının zəruriliyi, həmçinin Rusiyadan Türkiyəyə qarşı əks həmlə kimi istifadə oluna biləcəyi vurğulanır. Bu kontekstdə Rusiyanın Suriyadakı hərbi bazalarının qorunub saxlanmasına dəstək verilməsi təklif edilir", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Suriya: Gərginliklərin mərkəzi və beynəlxalq güc mübarizəsi - ANALİZ
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













