Ermənistan parlamentinin sədri: Hər 3 keçmiş prezidentimiz siyasi meyitlərdir
Far.Az xəbər saytı

Ermənistan parlamentinin sədri: Hər 3 keçmiş prezidentimiz siyasi meyitlərdir


Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin üç keçmiş prezidentini seçilməmiş üçlük adlandırıb.

Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.

"Onlar siyasi meyitlərdir. Nə Robert Köçəryan, nə də Serj Sarkisyan prezident seçilib. Levon Ter-Petrosyan da 1996-cı ildə prezident seçilməyib. Onlar seçilməmiş üçlükdür", - Simonyan jurnalistlərlə söhbətində deyib.

Baş nazir Nikol Paşinyan martın 27-də parlamentdə "hökumət saatı" zamanı deyib ki, keçmiş prezidentlər ona təslimçi adlandırırlar. O, növbəti dəfə Levon Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sarkisyanı debata dəvət edib və aqressiv tonda "onları divara sıxacağını" bildirib. Paşinyan iddia edib ki, divardan "siyasi meyitlərin qalıqları qoparılacaq".

Simonyan isə bildirib ki, o, Paşinyanın sözlərini təsdiqləyir. Bundan əlavə, o, keçmiş prezidentlərin ofislərinin Paşinyanın çıxışına cavab verməsi ilə bağlı bildirib ki, sabiq dövlət başçılarının yalnız bir yolu var – debatlar: "Üç keçmiş prezidentdən biri maraqlı debata gedə bilərmi? Biz onları hamımız yaxşı tanıyırıq", - parlamentin spikeri qeyd edib.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
“Demokrat” Levon Ter-Petrosyanın “səmimi” etirafları – etnik təmizləmə və soyqırımına dəstək - ŞƏRH
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər