Banqkokda zəlzələdən sonra çoxmərtəbəli bina çökdü
Banqkokda baş verən güclü zəlzələ nəticəsində inşaatda olan çoxmərtəbəli bina çöküb.
Far.Az xəbər verir ki, bu barədə Mash Telegram-kanalı məlumat yayıb. Bina çökəndən sonra havada qalxan iri toz buludu Taylandın paytaxtının müxtəlif bölgələrindən müşahidə edilib.
Şok edici görüntülərdə hündür binanın çökdüyü, bununla bərabər böyük toz buludunun yaranması əks olunub. Hadisə zamanı tikinti meydançasının ətrafında yerləşdirilən kranlar da çöküb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 13:20-də başlayıb. Zəlzələnin episentri qonşu Myanmarın ərazisində yerləşir və burada zəlzələnin gücü 7,7 bal olub. Tayland mediasının verdiyi məlumata görə, Taylandın şimal bölgələrində təkanların gücü 4,2 olub.
Hazırda Banqkokdakı çoxmərtəbəli binaların sakinlərinin təxliyəsi aparılır. Eyni zamanda, otel komplekslərindən turistlərin təxliyəsi təşkil edilib. Təbii fəlakət nəticəsində zərərçəkənlər barədə hələ ki, məlumat yoxdur.
Banqkokun əhalisi təxminən 17 milyon nəfərdir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
21-ci əsrin fəlakəti - Adıyaman, Kahramanmaraş və Hataydan REPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













