Səfərdən qayıdan yol hərəkəti iştirakçılarına müraciət edilib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səfərdən dönən yol hərəkəti iştirakçılarına müraciət edib.
BAKU.WS xəbər verir ki, müraciətdə qeyd olunub ki, bayram tətilində ayrı-ayrı bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə əlaqədar magistral yollarda hərəkət intensivliyinin artması müşahidə olunur.
BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edərək bildirir ki, təhlükəsizlik qaydalarına əməl etməli, sürücülər yorğun, yuxusuz halda sükan arxasına əyləşməməli, sərnişinlər isə belə hallara qarşı biganə qalmamalıdır:
"Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq. Uzaq məsafə qət edən sürücü və sərnişinlər qısa müddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərlər".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
DYP: Bayram günlərində texniki müayinə mərkəzləri 24 saat fəaliyyət göstərəcək - YENİLƏNİB
DYP bayram günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
BDYPİ həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
Bayram günlərində 12 yol qəzası olub, ölən və xəsarət alan yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
-
Kolumbiyada prezident seçkiləri keçirilir
-
Elşad Quliyev: "Turnir bizim üçün bundan sonra başlayır"













