Sərnişin təyyarənin qapısını açmağa çalışdı, AMMA...
Far.Az xəbər saytı

Sərnişin təyyarənin qapısını açmağa çalışdı, AMMA...


Bali-Melburn reysini yerinə yetirən "Jetstar" hava yollarına məxsus təyyarə göyərtədəki insident səbəbindən geriyə qayıtmalı olub.

Far.Az trt haber-ə istinadən xəbər verir ki, uçuş zamanı bir sərnişin Hind okeanı üzərində təyyarənin qapısını açmağa cəhd edib və ekipaj üzvlərinə aqressiv davranıb.

Ekipaj dərhal müdaxilə edərək təhlükəsizlik tədbirləri görüb, pilot isə təyyarəni Bali hava limanına qaytarmaq qərarı verib. Enəndən sonra sərnişin hüquq-mühafizə orqanlarına təhvil verilib.

Son illərdə hava yollarında sərnişinlərin təcavüzkar davranışlarının artması səbəbindən təhlükəsizlik qaydaları sərtləşdirilir. Bu kimi halların qarşısını almaq üçün aviaşirkətlər yeni cəza tədbirləri tətbiq edir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Əfsanəvi pilot ekipajın qəhrəmanlığı barədə: İdarəetmədən çıxan təyyarə ilə mübarizə aparırdı - MÜSAHİBƏ
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər