Dünyanın ən varlı adamı bu şəhərdə özünə toy edəcək - Tramp və Bill Qeyts də dəvətlidir
Venesiya meri Luici Brugnaro amerikalı milyarder Ceff Bezos və teleaparıcı Loren Sançesin qarşıdan gələn toyunun yerini təsdiqləyib.
BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Onun sözlərinə görə, mərasim Venesiyada baş tutacaq. Bundan əlavə, o, sevgililərin kifayət qədər təvazökar qonaqlar siyahısı tərtib etdiyini söyləyib - bu siyahıya cəmi 200 nəfər daxildir. Eyni zamanda mer qeyd edib ki, dəvət olunanların sayının məhdud olması şəhərin həyat təminatı sistemləri ilə bağlı ciddi problemlərin qarşısını almağa kömək edəcək. "Biz birlikdə işləyirik və tədbirin şəhərin kövrəkliyinə və unikallığına tam uyğun olmasını təmin etmək üçün təşkilatçılara dəstək veririk" deyə Brugnaro əlavə edib.
Qeyd olunur ki, dünyanın ən varlı adamının toyu, ehtimal ki, iyunun 24-26-da baş tuta bilər. Lakin Venesiya merinin özü bu məlumatı nə təsdiq, nə də təkzib edib.
Daha əvvəl bildirilib ki, Ceff Bezos və Lauren Sanchez mərasimə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp, Microsoft-un keçmiş baş direktoru Bill Qeyts və teleaparıcı Opra Uinfrini dəvət etməyi planlaşdırırlar.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bakıda "Xocalı. Son toy..." adlı filmin təqdimat mərasimi keçirildi
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













