Lavrov: Rusiya və ABŞ münasibətlərin normallaşdırılması üzrə yeni görüş hazırlayır
Far.Az xəbər saytı

Lavrov: Rusiya və ABŞ münasibətlərin normallaşdırılması üzrə yeni görüş hazırlayır


Rusiya və ABŞ ikitərəfli münasibətləri normallaşdırmaq üçün yeni görüş hazırlayır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.

Rusiya XİN başçısının sözlərinə görə, Moskva və Vaşinqton iki ölkə prezidentinin razılığı ilə səfirliklərin işinə ciddi mane olan "qıcıqlandırıcı" məsələlərin aradan qaldırılması mövzusu üzərində işləyirlər.

"İstanbulda görüş oldu, hazırda ikinci görüş hazırlanır, eyni zamanda, telefon və videokonfrans vasitəsilə təmaslar qurulur. Proqnoz vermək istəmirəm, lakin irəliləyiş olduğunu və amerikalı tərəfdaşlarımızın diplomatik praktika baxımından tamamilə qəbuledilməz olan diplomatların paytaxtlarda normal işinə mane törədən məsələləri aradan qaldırmaq istəyini görürük", - Lavrov deyib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər