Tramp administrasiyasına etiraz edən senator 25 saat danışıb
Far.Az xəbər saytı

Tramp administrasiyasına etiraz edən senator 25 saat danışıb


ABŞ-nin Demokrat senatoru Kori Buker prezident Donald Trampın siyasətlərinə etiraz etmək üçün Senat kürsüsündə 25 saat 4 dəqiqə fasiləsiz çıxış edərək, "Senat tarixinin ən uzun çıxışı" rekordunu qırıb.

Far.Az trt haber-ə istinadən xəbər verir ki, o, çıxışında Tramp administrasiyasının büdcə ixtisarlarını, federal işdən çıxarmaları və Hökumət Effektivliyi Departamentinin (DOGE) xərcləri azaltmaq siyasətini tənqid edib. O, "Ölkəmizin böhran içində olduğuna inanıram" deyərək, çıxışını davam etdirib.

Senat qaydalarına görə çıxışına maneə olmadığı üçün Buker kürsünü tərk etməyib və iclasın davam etməsini təmin edib. Onun çıxışı 1957-ci ildə 24 saat 18 dəqiqə danışan senator Strom Türmonda məxsus rekordu geridə qoyub. Buker çıxışının məqsədinin Trampın "səhv siyasətlərinə" diqqət çəkmək olduğunu bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
DOGE Agentliyi may ayında ləğv ediləcək
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər