DOGE Agentliyi may ayında ləğv ediləcək
İlon Maskın DOGE Agentliyi may ayında ləğv ediləcək.
BAKU.WS xəbər verir ki, İlon Mask sosial şəbəkə X və bir neçə müsahibəsində, hökumətin Effektivlik Departamenti (DOGE) vasitəsilə ABŞ-nin 1 trilyon dollarlıq büdcə kəsirini azaltmaq üçün çalışdıqlarını bildirib. Onun sözlərinə görə, bu məqsədə may ayında çatılacaq və agentlik ləğv ediləcək.
Qeyd edək ki, DOGE ABŞ Prezidenti Donald Trampın fərmanı ilə yaradılıb və federal büdcənin optimallaşdırılmasına yönəlib. Mask 130 gün müddətinə hökumətə xüsusi əməkdaş kimi cəlb olunub və federal xərcləri 7 trilyon dollardan 6 trilyon dollara endirməklə 1 trilyon dollar qənaət etməyi hədəfləyib.
Hazırda DOGE komandası dövlət xərclərini gündəlik 4 milyard dollar azaltmaqla məşğuldur. Bu günə qədər 115 milyard dollar qənaət edilib. Qənaət əsasən dövlət işçilərinin sayının azaldılması, aktivlərin satışı və bəzi müqavilələrin ləğvi ilə əldə olunub. Bununla belə, kritik dövlət xidmətlərinin təsirlənmədiyi bildirilir.
Əgər bu plan uğursuz olsa, ABŞ ciddi maliyyə problemləri ilə qarşılaşa bilər. Donald Trampın sözlərinə görə, 130 günlük müddət başa çatdıqdan sonra Elon Musk öz şirkətlərinə qayıtmalı olacaq.
Musk bu barədə danışarkən bildirib: "Amerika maliyyə baxımından sabit olacaq. Əgər bu tədbir uğursuz olsa, ölkə iqtisadiyyatı çökəcək."
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













