Dünya Bankı Ukraynaya 432 milyon dollar ayıracaq
Dünya Bankı DRIVE "Ukraynada həssas mühitlərdə dayanıqlı infrastrukturun yaradılması" layihəsi çərçivəsində ölkənin nəqliyyat infrastrukturunun bərpasına 432 milyon ABŞ dolları ayıracaq.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal özünün teleqram kanalında məlumat verib.
"Ukrayna nəqliyyat infrastrukturunun bərpası üçün Dünya Bankından 432 milyon ABŞ dolları alacaq. DRIVE layihəsi çərçivəsində müvafiq sazişlər bu gün Kiyevdə İnkişaf Nazirliyi ilə Dünya Bankı arasında imzalanıb", - o yazıb.
Şmıqalın sözlərinə görə, layihə ölkənin 19 regionunda yolların və körpülərin əsaslı təmirini, avtomobil yollarının modernləşdirilməsini, modul körpülərin quraşdırılmasını, həmçinin texniki yardımı nəzərdə tutur. Onu Ukraynanın İnfrastrukturun Bərpası və İnkişafı üzrə Dövlət Agentliyi həyata keçirəcək.
Baş nazir vəsaitin Ukrayna büdcəsinə nə vaxt köçürüləcəyini açıqlamayıb.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Beynəlxalq konfrans iştirakçıları Şuşa şəhərinə səfər ediblər
Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













