Fələstinə dəstək aksiyası keçirən universitetin 510 milyon dollarlıq dəstəyi dayandırıla bilər
ABŞ-də Donald Tramp administrasiyası antisemitizmə qarşı mübarizədə "zəiflik göstərdiyi" səbəbi ilə Brown Universitetinə verilən 510 milyon dollarlıq federal dəstəyi dayandırmağı planlaşdırır.
Far.Az xəbər verir ki, bu barədə məlumatı adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi verib.
Universitet rəhbəri Frank Doyl bu məsələ ilə bağlı əməkdaşlara göndərdiyi e-poçtda, Tramp administrasiyasının "narahatedici ritorikasının" fərqində olduqlarını bildirib.
Brown Universiteti ABŞ Təhsil Nazirliyinin antisemitik ayrı-seçkilik və təzyiqlərlə bağlı araşdırdığı 50-dən çox ali təhsil müəssisəsindən biridir.
Ötən ilin yaz aylarında İsrailin Qəzzadakı hücumlarına və ABŞ-nin bu siyasətə dəstəyinə qarşı tələbələr bir sıra universitetlərdə həftələrlə davam edən etiraz aksiyaları təşkil etmişdilər.
Columbia Universitetindən başlayan etirazlar ölkə üzrə 50-dən çox universitetə yayılmış, 3 min 100-dən çox tələbə və müəllim polis tərəfindən saxlanılmışdı.
Prezident Tramp, bu cür "qanunsuz" aksiyalara şərait yaradan universitetlərin bütün dövlət maliyyələrindən məhrum ediləcəyini bildirmişdi.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Pulsuz yemək, ödənişsiz yataqxana
Tələbə adını qazanan şəhid övladları - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













