DİQQƏT! Süni şirinləşdiricilər iştahı artırır
ABŞ-nin Cənubi Kaliforniya Universitetindən alimlər süni şirinləşdirici olan "sucralose" maddəsinin beyində aclıq və bədən çəkisini tənzimləyən hipotalamus bölgəsində aktivliyi artırdığını aşkar ediblər.
Far.Az xəbər verir ki, araşdırma çərçivəsində 75 iştirakçı üzərində təcrübə aparılıb. Onlara az kalorili süni şirinləşdiricili içkilər, şəkərli içkilər və sadə su verilib. Daha sonra isə onların beyin reaksiyaları MRT taramaları, qan nümunələri və aclıq anketləri ilə izlənilib. Nəticədə, "sucralose" qəbul edənlərin hipotalamus bölgəsində daha yüksək beyin aktivliyi müşahidə olunub.
Mütəxəssislər bildiriblər ki, bu maddə beynin hipotalamusla motivasiya və qərarvermə bölgələri arasındakı əlaqəni gücləndirir. Bu təsirin xüsusilə artıq çəkili insanlarda daha çox nəzərə çarpdığı qeyd olunub.
Araşdırmanın müəlliflərindən Dr. Kathleen Alanna Page-in sözlərinə görə, orqanizm şirin dad aldıqda, kalori gözləyir, lakin bu kalori daxil olmadıqda beyin daha çox şirin və qida tələb etməyə başlayır. Bu da qidalanma davranışlarını dəyişə bilər.
Eyni zamanda araşdırma göstərib ki, "sucralose" tərkibli içkilər, şəkərli içkilərlə müqayisədə, iştahı azaldan hormonların istehsalına səbəb olmur. Alimlər bu halın "sucralose" maddəsinin iştah üzərində şəkərlə eyni təsiri göstərmədiyini və xüsusilə piylənməyə meyilli şəxslərdə daha çox təsirə malik olduğunu bildirirlər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Zərərli, yağlı qidalar əslində arıqlamağa kömək edə bilər
Alimlər depressiyanı hesablamaq üsulu tapdılar
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Səhərlər nə vaxt qəhvə içmək olar? - Alimlər cavab tapıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













