Təyyarədə yeməyə görə əsəbiləşən sərnişin pilot kabinəsinə soxulmağa cəhd edib
American Airlines şirkətinə məxsus təyyarədə sərnişin sifariş etdiyi yeməyin verilməməsinə görə əsəbiləşib və qalmaqal yaradıb.
Far.Az xəbər verib ki, bu barədə CBS News məlumat yayıb.
Hadisə 7 aprel bazar ertəsi günü, Nyu-Yorkdan Milana uçan reysdə baş verib. Uçuşun dördüncü saatında ekipaj sərnişinlərə təyyarənin geri qayıdacağını elan edib.
Məlumata görə, təyyarənin geri dönməsinə səbəb sərnişinlərdən birinin aqressiv davranışları olub. Digər sərnişinlərin dediyinə görə, kişi əvvəlcədən sifariş etdiyi yeməyi ala bilməyib və təxliyə çıxışına yaxın oturacaqdan imtina edildiyindən qəzəblənib. O, əvvəlcə bort bələdçilərinə hücum edib, daha sonra isə pilot kabinəsinə daxil olmağa çalışıb.
Təyyarə Nyu-Yorka qayıtdıqdan sonra sərnişinlər təxribatçının salonu tərk etməsini gözləməyə məcbur olublar. Onlara nə kompensasiya, nə də alternativ uçuş imkanı təqdim olunub. Nəticədə sərnişinlər gecəni hava limanında keçirməli olublar və yalnız 16 saat sonra Milana uçublar.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Silk Way West Airlines ən böyük vergi ödəyicisi mükafatına layiq görülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













