Alimlər bütün dünyaya kritik vəziyyətlə bağlı xəbərdarlıq edib
Alimlər xəbərdarlıq edirlər ki, bəşəriyyət okeanın kritik turşulaşması da daxil olmaqla doqquz planet sərhədindən yeddisini keçib.
Far.Az xarici mətbuata istinadən xəbər verir ki, bu, milyardlarla insanın həyatının asılı olduğu ekosistemlərin məhv edilməsinin zəncirvari reaksiyasını təhdid edir.
Məlumata görə, bütün Holosen boyu Yerin sabitliyini təmin edən doqquz planet sərhədindən yeddisi artıq pozulub.
Xüsusilə narahatlıq doğuran yeddinci sərhəddir - antropogen CO₂ emissiyalarının 25-30%-nin udulması ilə birbaşa əlaqəli olan Dünya Okeanının sürətli turşulaşması. Karbon qazını karbon turşusuna çevirən kimyəvi reaksiyalar suyun pH səviyyəsini aşağı salaraq, onu kalsium strukturlu orqanizmlərə - mərcanlara, mollyuskalara və planktonun əsas növlərinə qarşı aqressiv edir. Onların yoxa çıxması dəniz qida zəncirlərinin əsaslarını sarsıdır, qida üçün okeandan asılı olan 1 milyard insanın dolanışıq vasitələrini təhdid edir.
Bilidirilir ki, hər iki sərhədi pozmaq "domino effekti" yaradır. Okeanın turşulaşması qlobal istiləşməni gücləndirir (suyun CO₂ udmaq qabiliyyəti azaldıqca) və biomüxtəlifliyin itirilməsi torpağın deqradasiyasını sürətləndirir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib













