Dünyaca məşhur geyim brendi rəqibini aldı – 1.25 milyard
İtaliyanın tanınmış lüks moda brendlərindən olan Prada digər məşhur moda evi Versaceni almaq üçün razılığa gəlib. Satış dəyəri 1,25 milyard avro təşkil edir.
Far.Az sondakika-ya istindən xəbər verir ki, ilkin danışıqlar 1,5 milyard avro səviyyəsində başlayıb. Məlumata görə, Prada bu məbləği nağd şəkildə ödəyəcək. Müqavilənin rəsmi olaraq ilin ikinci yarısında tamamlanması gözlənilir.
112 illik tarixə sahib olan Prada hazırda dizayner Miuccia Prada və onun həyat yoldaşı Patrizio Bertelli tərəfindən idarə olunur. Lüks moda sektorunda son aylarda müşahidə olunan durğunluğa baxmayaraq Prada bu vəziyyətdən daha az təsirlənən şirkətlər sırasında yer alır.
Versace 1970-ci illərdə məşhur italyan dizayner Gianni Versace tərəfindən yaradılıb. Daha sonra, 2018-ci ildə ABŞ mərkəzli Capri Holdings şirkəti Versace-ni 1,8 milyard dollara satın almışdı. Capri Holdings eyni zamanda Jimmy Choo və Michael Kors kimi brendlərə də sahibdir.
Prada İdarə Heyətinin sədri Patrizio Bertelli razılaşma ilə bağlı verdiyi açıqlamada, Versace-nin "cəsarətli və zamansız estetikası"na diqqət çəkib və bu markanın irsini davam etdirmək istədiklərini bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Donatella Versace məşhur brendinin direktorluğundan ayrıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib













