Kiyevdə "Patriot" HHM kompleksinin öz analoqu üzərində işləyirlər
Far.Az xəbər saytı

Kiyevdə "Patriot" HHM kompleksinin öz analoqu üzərində işləyirlər


Ukrayna müdafiə sektoru və hökuməti xarici tərəfdaşlarla danışıqlar aparır və "Patriot" HHM kompleksinin analoqu olan öz layihəsi üzərində işləyir.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna strateji sənaye sahələri naziri Herman Smetanin 2024-cü ildə HMK-nın iş nəticələrinə dair konfransda "RBK-Ukrayna"nın müxbirinə bildirib.

Onun sözlərinə görə, bu sistem yalnız ABŞ-dən təchiz edilir və bu gün Rusiya ballistik raketlərini vura bilən yeganə qurğudur.

"Ukrayna ərazisində "Patriot" HHM raket komplekslərinin analoqları hələ yoxdur, ancaq müdafiə sənayemizin müvafiq layihəsi var və biz onun üzərində işləyirik", –Smetanin deyib.

Dünyada belə komplekslər istehsal edə biləcək digər ölkələrə gəlincə, nazir qeyd edib ki, belə ölkələr var və Ukrayna artıq qismən lokallaşdırma barədə danışıqlar aparır.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər