"Bakı Marafonu 2025" "Azercell Telekom"un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
Mayın 4-ü Heydər Əliyev Fondunun təşəbbüsü və "Azercell Telekom" MMC-nin eksklüziv tərəfdaşlığı ilə ölkənin idman gündəliyinin ən əhəmiyyətli tədbirlərindən biri olan "Bakı Marafonu 2025" baş tutacaq.
Marafon minlərlə iştirakçını bir araya gətirərək sağlam həyat tərzinin və sosial həmrəyliyin təşviqinə töhfə verəcək.
Yarış iştirakçıları Dövlət Bayrağı Meydanından start götürərək 21 kilometrlik dairəvi marşrut üzrə "Küləyə qalib gəl" şüarı altında mübarizə aparacaqlar.
Qeydiyyat Gənclik Mall, 28 Mall və Dəniz Mall-da fəaliyyət göstərən məntəqələrdə, həmçinin www.marathon.az saytı vasitəsilə onlayn şəkildə həyata keçirilir. Tələbələr üçün qeydiyyat ödənişsizdir.
Qeydiyyat üçün son tarix 25 apreldir. "Azercell Telekom" MMC 2017-ci ildən etibarən "Bakı Marafonu"nun baş sponsoru və eksklüziv tərəfdaşı kimi çıxış edir.
Şirkətin rəhbər heyəti, əməkdaşları və korporativ müştəriləri bu il də ənənəvi olaraq tədbirdə fəal iştirak edəcəklər.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?













