"Sehrli Anam" filmində Defne Coy Foster sürprizi
Far.Az xəbər saytı

"Sehrli Anam" filmində Defne Coy Foster sürprizi


14 il əvvəl dünyasını dəyişən aktrisa Defne Coy Fosterin "Sehrli Anam" filmində süni intellekt vasitəsilə yer alacağı iddia olunub.

Far.Az xəbər verir ki, 2003-cü ildən yayımlanmağa başlayan və geniş tamaşaçı kütləsi tərəfindən sevilən "Sehrli Anam" serialı film versiyası ilə geri qayıdır.

2011-ci ildə vəfat edən və serialda "Eda" obrazını canlandıran Fosterin süni intellekt texnologiyası ilə filmə daxil ediləcəyi barədə yayılan məlumatlar sosial şəbəkələrdə gündəm olub. Bundan əvvəl serialın yenidən çəkilən versiyasında aktrisaya edilən istinadlar da izləyiciləri duyğulandırmışdı.

"Sihrli Anam: Hepimiz Biriz" adlanan yeni film layihəsində İnci Türkay, Şahap Sayılgan, Nevra Serezli, Gül Onat, Ayşen İnci, Süeda Çil, Jess Molho, Tiraje Başaran, Damla Ersubaşı, Jennifer Boyner, Gizem Güven və Zeynep Özkaya kimi tanınmış aktyorlar rol alacaq.

Oxşar xəbərlər

Türkiyənin məşhur serialı 13 ildən sonra eyni aktyorlarla yenidən ekrana QAYIDIR
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI
22 il sonra bir araya gəldilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər