Böyük şənbə – 19 aprel 2025: Nə etmək olar, nə qadağandır?
Far.Az xəbər saytı

Böyük şənbə – 19 aprel 2025: Nə etmək olar, nə qadağandır?


19 aprel 2025-ci il Pasxadan əvvəlki ən mühüm və bayram əhval-ruhiyyəli gün – Böyük şənbə kimi qeyd olunur.

Bu gün kilsə təqvimində "ən mübarək şənbə" adlanır. Böyük şənbə – ehtiram və Pasxa sevincinin vəhdət təşkil etdiyi gündür. 

Bu gün kilsələrdə həm hüznlü, həm də bayram əhval-ruhiyyəsi müşahidə olunur. Cümə günündən etibarən məbədlərdə nümayiş etdirilən plaşanitsa (İsanın büküldüyü kəfən) ətrafında ibadətlər davam edir. Səhər ayinində plaşanitsa məbədin ətrafında xaç yürüşü ilə gəzdirilir.

Şənbə günü artıq Pasxanın başlanğıcı kimi qəbul olunur. Ruhanilər açıq rəngli libaslar geyinir, məbədlərdə isə kulic və digər Pasxa təamları müqəddəsləşdirilir.

Xristianlar arasında inanclar

Səhər yerə duman enərsə – may ayına qədər yağış yağmaz.

Bütün gün yağış yağarsa – bol məhsul gözlənilir.

Gecə ulduzlarla dolu olarsa – göbələkli il olacaq.

19 aprel 2025-də nə etmək olar?

Kilsə ibadətlərində iştirak etmək.

Yumurtaları, kulic və Pasxanı bişirib hazırlamaq.

Hazır təamları məbədə aparıb müqəddəsləşdirmək.

Yaxınlara sədəqə vermək.

Qohum və dostlardan üzr istəmək, barışmaq.

Nə etmək olmaz?

Fiziki iş görmək, ağır zəhmətlə məşğul olmaq.

Ev yığışdırmaq.

Paltar yumaq və ütüləmək.

Torpaqla bağlı işlərə (əkin, əkim) başlamaq.

Qonaq çağırmaq və yüksək səslə əylənmək.

Səs salmaq, dalaşmaq.

Hamama getmək və ya yuyunmaq.

Paxıllıq və söyüşlərə yol vermək.

Siqaret çəkmək.

Qidalanma qaydaları

Bu gün 7 həftəlik Böyük Orucun son günüdür. Hələ Pasxa başlamayıb, ona görə yalnız bişirilməmiş orucluq yeməkləri – çörək, qoz, meyvə və tərəvəz yemək icazəlidir.

Maraqlı fakt

Bu şənbə günü Qüdsdəki Müqəddəs Qəbir kilsəsində Müqəddəs Odun enməsi möcüzəsinin baş verəcəyi gözlənilir. Bu hadisə Məsihin dirilməsi ilə bağlı ilahi bir əlamət hesab olunur.

Müasir ənənələr

Axşam saatlarında insanlar məbədlərə toplaşır. Hətta ibadətə qatılmasanız belə, məbəd həyətində olmaq və xaç yürüşünün ruhunu hiss etmək tövsiyə olunur.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər