Bu rəngi cəmi 5 nəfər GÖRÜR
ABŞ-də aparılan araşdırmalar nəticəsində elmə əvvəllər məlum olmayan yeni bir rəng kəşf olunub. Bu rəngi müşahidə edən beş nəfər onu mavi və yaşıl arasında bir çalara bənzədiblər.
Far.Az xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb.
Tədqiqatçı-vizualist Ostin Ruurd bildirib: "Bu rəngi nə məqalədə, nə də monitor vasitəsilə təsvir etmək mümkün deyil. Söhbət bizim adətən gördüyümüz rənglərdən getmir – bu rəng ümumiyyətlə mövcud deyil."
Yeni rəng xüsusi bir eksperiment zamanı əldə edilib. Tədqiqatçılar lazer impulslarından istifadə edərək iştirakçıların gözlərinin tor qişasındakı konkret fotoreseptor hüceyrələrə təsir göstəriblər. Bu üsulla insanın görmə imkanları adi hüdudların kənarına çıxarılıb.
Science Advances jurnalında dərc olunan araşdırmaya görə, eksperiment zamanı Ayın diametrindən təxminən iki dəfə böyük bir sahədə rəngli ləkə müşahidə edilib. Bu rəng normal işıqlandırma şəraitində və adi gözlə görünmür. Yeni çalaya "olo" adı verilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













