Yelo Bank ölkəmizin yaşıllaşdırılmasına öz töhfəsini verdi
Yelo Bank, korporativ sosial məsuliyyət çərçivəsində ekoloji mühitin yaxşılaşdırılmasına yönələn təşəbbüsləri dəstəkləməyə davam edir. Bank bu dəfə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunan ağacəkmə kampaniyasına qoşulub.
Bankın rəhbərliyi və əməkdaşları Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. Tədbir çərçivəsində maliyyə sektorunun nümayəndələri ilə birlikdə 1 hektar ərazidə 625 Eldar şamı və zeytun ağacı əkilib.
Qeyd edək ki, aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, ABA, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib. Memorandumun əsas məqsədi 10 il ərzində ölkə üzrə ümumilikdə 1 milyon ağacın əkilməsinə nail olmaqdır.
Yelo Bank bu istiqamətdə həyata keçirilən layihələrdə fəal iştirak etməyə davam edəcək.
Bank xidmətləri, o cümlədən tez kredit əldə etmək haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib













