Vlada Galan: Bu bizim Azərbaycanda iştirak etdiyimiz 7-ci seçkidir
Far.Az xəbər saytı

Vlada Galan: Bu bizim Azərbaycanda iştirak etdiyimiz 7-ci seçkidir


Bu bizim Azərbaycanda iştirak etdiyimiz 7-ci seçkidir.

Far.Az xəbər verir ki, bu fikirləri növbədənkənar parlament seçkilərində “exit-poll” keçirən ABŞ-nin “ORACLE ADVISORY GROUP” təşkilatının tərəfdaşı Vlada Galan mətbuat üçün brifinqdə deyib.

“Parlament seçkiləri öncəsi keçirilən sorğu 3000 respondentin iştirakı ilə həyata keçirilib. Sorğu 29 iyul-9 avqust tarixlərində baş tutub.

Respondentlərin 10 faizi 70 yaşdan yuxarı olduğu halda, 17 faizi 28-29 yaş aralığında olub”, - xanım Galan əlavə edib.

Onun sözlərinə görə, sorğuda iştirak edənlərin 18 faizi 550 manata qədər, 18 faizi isə 300 manata qədər gəliri olanlar olub:

“Respondentlərin 66 faizi şəhər, 14 faizi kənd, 20 faizi isə nisbətən daha kiçik şəhər sakinləri olub”.

Qurumun digər nümayəndəsi George Birnbaum isə seçki əhval-ruhiyyəsi məsələsinə toxunub.

“Respondentlərin 71 faizi Azərbaycanın hazırkı vəziyyətini yüksək, 20 faizi qənaətbəxş qiymətləndirdiyi halda, 9 faizi isə cavab verə bilməyib. Sosial duruma gəlincə, respondentlərin 89 faizi Azərbaycanda vəziyyətin yaxşı olduğunu bildirib”, - o deyib.

Qeyd olunub ki, Azərbaycanda söz azadlığının olduğunu respondentlərin 85 faizi müsbət qiymətləndirib.

ABŞ-nin “ORACLE ADVISORY GROUP” təşkilatının nümayəndəsi George Birnbaum 1 sentyabr parlament seçkiləri öncəsi keçirilən mətbuat üçün brifinqdə deyib ki, onların 10 faizi Azərbaycanda söz azadlığının olmadığını deyib. 5 faiz isə cavab verməyib.

Əlavə olunub ki, respondentlərin 97 faizi Azərbaycanda insan hüquqlarının qorunduğunu deyib.

“2 faiz qorunmadığını bildirib. 1 faiz sualdan yayınıb”, - o deyib.

Oxşar xəbərlər

Akkreditasiya üçün müddət başa çatıb, parlament seçkilərində 3 təşkilat exit-poll keçirəcək
Respondentlərin əksəriyyəti Qarabağdakı zəfərin onların seçiminə tam təsir edəcəyini qeyd edib - SORĞU
Respondentlərin 57%-i növbədənkənar parlament seçkilərində iştirak edəcək - SORĞU
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər