Azercell "SHE Congress"in rəqəmsal transformasiya tərəfdaşıdır
"Azercell Telekom" MMC bu il də qadınların liderlik, innovasiya və texnologiya sahəsindəki rolunu təşviq edən "SHE Congress"in rəsmi tərəfdaşı və rəqəmsal transformasiya üzrə dəstəkçisi qismində çıxış edir.
May ayının 22-də Heydər Əliyev Mərkəzində "Bu Gündən Kənar – Gələcəyə Qalanı Yaratmaq" ("Beyond Now – Creating What Lives On") şüarı altında keçiriləcək tədbir yüzlərlə qadın lideri, sahibkar və peşəkarı bir araya gətirəcək. Konqres iştirakçılara təcrübə mübadiləsi aparmaq, ünsiyyət qurmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və müxtəlif təşkilatların rəhbərləri ilə tanış olmaq imkanı verəcək.
Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində qadınlara dəstək, onların cəmiyyətdəki rolunun daha da gücləndirilməsi, sosial-iqtisadi rifahının artırılması istiqamətində bir çox sosial layihələr həyata keçirən Azercell tədbirdə xüsusi panel müzakirəsi təşkil edəcək. Eyni zamanda, şirkətin Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva konqresin əsas spikerlərindən biri olacaq.
Qeyd edək ki, tədbir çərçivəsində qadınların liderlik və peşəkar bacarıqlarının inkişafına yönəlmiş panel müzakirələri ilə yanaşı, dinamik sessiyalar və seminarlar təşkil olunacaq.
Ətraflı məlumat üçün: https://www.she-azerbaijan.com/
Qeydiyyat üçün: https://bit.ly/3RBKrir
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
"Azercell" korporativ müştərilər üçün Robotik Avtomatlaşdırma Həlli (RPA) xidmətini təqdim edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?













