"Nar"ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirilib
Sərfəli təklifləri və regionlara diqqəti ilə seçilən "Nar" Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri üçün təlimlər təşkil edib. Bu təşəbbüs tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirmək və onların iş bazarına hazırlığını artırmaq məqsədini daşıyır.
Təlimlərdə mobil rabitənin əsasları ilə bərabər əmək bazarında təcrübə qazanmaq, eləcə də, uğurlu karyera hədəflərinin seçilməsi istiqamətində faydalı biliklər təqdim edildi.
Bundan başqa, universitetin nəzdindəki Nar Laboratoriyasının avadanlıqlarının təqdimatı və işləmə prinsipləri ilə tanışlıq məqsədilə, universitetin müəllim heyətinə xüsusi təlim keçirildi. Bu təlim sayəsində tələbələr mobil rabitə şəbəkəsini təhsil aldıqları müddətdə öz müəllimlərindən öyrənə biləcək və təhsillərini təcrübəli kadr kimi başa vuracaqlar.
Təlimlər "Nar"ın Korporativ Sosial Məsuliyyət strategiyasının təhsil istiqaməti üzrə və Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. "Nar"ın məqsədi universitetin tələbələrini əsl peşəkar kimi yetişdirərək Azərbaycanın əmək bazarı üçün mütəxəssis hazırlamaq və ölkənin mobil rabitə sahəsinin inkişafına töhfə verməkdir.
"Nar"ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.
"Nar" hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar" son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?













