Gülden Karaböcek indi də qızını susdurdu: "Danışsan, səni də silərəm"
Türkiyənin məşhur müğənnilərindən olan Karaböcek bacıları arasında illərdir davam edən səssiz münaqişə yenidən gündəmə gəlib. Neşe Karaböcekin nəşr etdiyi kitabla başlayan bu mövzu, bacısı Gülden Karaböcekin qızı Nur Düzgitin açıqlamaları ilə daha da aydın ola bilərdi. Lakin Gülden Karaböcek qızını yayıma çıxmağa qoymadı. İddialara görə, qızına "Danışsan, səni də silərəm" deyərək təzyiq göstərib.
Far.Az haberler.com-a istinadən xəbər verir ki, bir zamanlar Türkiyə musiqisinin parlayan ulduzları olan Neşe və Gülden Karaböcek bacıları həm səhnədə, həm də ailə içində çox yaxın münasibətə sahib idilər. Lakin Neşe Karaböcekin həyat yoldaşı, məşhur prodüser Atilla Alpsakarya ilə bağlı yaşanan xəyanət, bu münasibətləri birdəfəlik sarsıtdı. Neşe Karaböcek həyat yoldaşının onu aldatdığını öyrəndi – xəyanət etdiyi qadın isə onun doğma bacısı Gülden Karaböcek idi. Neşenin boşanmasından sonra Gülden Karaböcek həmin şəxslə evləndi və bu evlilikdən bir oğlu oldu.
Daha sonra Gülden Karaböcek musiqi prodüseri Armağan Düzgit ilə evləndi və bu evlilikdən bir qızı – Nur Düzgit dünyaya gəldi.
O dövrlərdə Hürriyet qəzetinin jurnalistlərindən Kamil Başaran da Gülden Karaböcekə aşiq idi və evlənmək istəyirdi. Lakin Karaböcekin seçimi Armağan Düzgit idi.
İllərdir bu barədə danışmayan Gülden Karaböcekin əvəzinə bu dəfə qızı Nur Düzgit danışmaq istədi. "Magazin Bahane" proqramına qatılmağa razı oldu və anasının keçmişi ilə bağlı həqiqətləri paylaşmaq istədi. Lakin yayım öncəsi Gülden Karaböcek qızını zənglə xəbərdar etdi: "Getsən… danışsan… səni də silərəm." Bu sözlər ailədə illərlə gizlənən ağrıların hələ də necə canlı olduğunu göstərdi.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Fuad Poladovun qızı Xalq artistinin həyatını yarıda qoyan xəstəliyindən danışdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb













