Blinken səudiyyəli həmkarı ilə Qəzzada atəşkəsi müzakirə edib
ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl Səud ilə telefonla danışıb.
“Far.Az” xəbər verir ki, bu sözləri Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
Onun sözlərinə görə, tərəflər Qəzza zolağında atəşkəslə bağlı razılaşmaların əldə olunmasının zəruriliyini müzakirə ediblər.
Blinken Yəməndə husi üsyançılarının hərəkətlərindən, xüsusən də avqustun 3-də BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Sənadakı ofisini ələ keçirməsindən narahatlığını ifadə edib.
Bundan əlavə, amerikalı diplomat Səudiyyə Ərəbistanından olan həmkarına Sudanda hərbi əməliyyatların dayandırılması üçün danışıqların təşkilində göstərdiyi köməyə görə təşəkkür edib.
Avqustun 15-də Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsi ilə bağlı Dohada məsləhətləşmələrin yeni mərhələsi başlayıb. Danışıqlarda İsraildən nümayəndə heyətləri və ABŞ, Misir və Qətərdən vasitəçilər iştirak ediblər. Tərəflər növbəti görüşü gələn həftənin sonunadək Qahirədə keçirmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Husilər Ali Komssarlığın Yəməndəki ofisini BMT-yə qaytarıblar
Quterreş Əl Tani ilə Qəzzada atəşkəs üçün vasitəçilərin səylərini müzakirə edib
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
İsrail Prezidenti girovların qaytarılması ilə əlaqədar ABŞ-yə təşəkkür edib
Avropanın 4 ölkəsi Qəzza ilə bağlı danışıqların davam etdirilməsini alqışlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb
-
İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər













