Soltan Məmmədov: AŞPA-da əleyhimizə səs vermiş deputatların “arzuolunmaz şəxslər” siyahısına salınması Azərbaycanın hüququdur
“Azərbaycan hər zaman beynəlxalq öhdəliklərə sadiq olub, eyni zamanda öz milli maraqlarının da qorumağı bacaran dövlətdir. Bizim ölkəmiz tərəfdaşlarından da eyni yanaşmanı gözləyir və bəzi beynəlxalq təşkilatların bu öhdəlikləri ikili standartlar əsasında tətbiq etmək cəhdlərinə qarşı kifayət qədər aydın mövqe nümayiş etdirir”.
Bunu Far.Az-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Soltan Məmmədov qeyd edib ki, Almaniya Parlamentinin üzvü Frank Şvabenin Azərbaycan haqqında söylədiyi fikirlər bu şəxsin ölkəmizə qarşı münasibətdə qərəzli olduğunu, siyasətçi kimi elementar normaları gözləyə bilmədiyini nümayiş etdirir.
AŞPA-dakı müzakirələr zamanı Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş deputatların “arzuolunmaz şəxslər” siyahısına salınması isə Azərbaycan dövlətinin hüququdur: “İstənilən ölkənin hər hansı şəxsin öz ərazisinə buraxılıb-buraxılmaması barədə qərar vermək səlahiyyəti var. Şvabe kimi siyasətçilər bu hüququ şübhə altına almaqla, əslində, dövlətlərin müstəqil qərar qəbul etmək hüququna hörmət etmədiklərini göstərirlər. Azərbaycan Xarici İşlər Nazirliyi AŞPA müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməməyə dəvət olunmamasının yeganə səbəbinin verilən vədlərə baxmayaraq, nümayəndə heyətimizin mandatının bərpa edilməməsi ilə bağlı olduğunu bəyan edib. Bu, kifayət qədər aydın, eyni zamanda ədalətli mövqedir. Bizimlə əməkdaşlıqdan imtina edən bir qurumun təmsilçilərinin bizim ölkəmizdə keçirilən tədbirdə iştirakı üçün heç bir xüsusi zərurət yoxdur”.
Soltan Məmmədov vurğulayıb ki, Azərbaycanla təzyiq, hədə və təhdid dili ilə danışmağın mümkün olmadığı dəfələrlə sübut olunub. Azərbaycan regionda müstəqil siyasət yürütməyə qadir, beynəlxalq öhdəliklərini anlayan və bu öhdəliklərdən heç vaxt imtina etməyən dövlətdir, eyni zamanda öz mili maraqlarının da sərhədlərini dəqiq bilir: “Hesab edirəm ki, hansı ölkəni, hansı təşkilatı təmsil etməsindən asılı olmayaraq hər kəs buna hörmətlə yanaşmağa borcludur. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, COP29 kimi çox mötəbər bir tədbirə ev sahibliyi etməsi bəzi ölkələri və siyasətçiləri, Şvabeni qıcıqlandırır, narahat edir. Onun məkrli və saxta mülahizələrə əsaslanan açıqlamaları da görünür elə bundan qaynaqlanır. Ancaq həmin adamlar problemi özlərində axtarmalıdırlar. Bizim ölkəmizin kifayət qədər konkret və milli maraqlara əsaslanan özünəməxsus strateji xətti, aydın prinsipləri var. Bu prinsiplərdən geri çəkilməyimizi gözləyənlər yanılırlar!”
Oxşar xəbərlər
XİN: AŞPA-da Azərbaycanın əleyhinə səs vermiş şəxslər, o cümlədən Şvabe “arzuolunmaz şəxslər” siyahısına salınıb
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
XİN: AŞPA-da nümayəndə heyətimizin əleyhinə səs vermiş şəxslərin Azərbaycana səfərinə icazə verilməyəcək
Səfir: Qərb demokratiyası və parlamentarizm heç də ədalət və obyektivliyin sinonimi deyil - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Qarakənd faciəsindən 35 il ötür













