Nigeriyada qəbilə dəhşəti: 23 nəfər öldürüldü
Nigeriyanın Benue ştatında baş verən silahlı hücumlar nəticəsində azı 23 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
Far.Az xəbər verir ki, Kwande bölgəsinin yerli rəsmisi Dr. Rey Anumve yerli mətbuata açıqlamasında bildirib ki, heyvandarlıqla məşğul olan Fulani qəbiləsinə mənsub çobanlar Kwande bölgəsindəki kəndlərə hücum ediblər.
Anumvenin sözlərinə görə, hücumlar zamanı aralarında uşaqların da olduğu 23 nəfər həyatını itirib, xeyli insan isə yaralanıb. Eyni zamanda, çoxlu sayda evin yandırıldığını və kəndlilərin ərzaqlarının silahlı şəxslər tərəfindən talan edildiyini bildirib.
Qeyd edək ki, Benue ştatında heyvandarlıqla məşğul olan Fulani qəbiləsi ilə əkinçiliklə məşğul olan digər qəbilələr arasında zaman-zaman gərginlik və silahlı qarşıdurmalar yaşanır. Aprel ayında bu bölgədə baş verən oxşar hücumlar nəticəsində təxminən 100 nəfər həyatını itirmişdi.
Fulanilər mal-qarasını otarmaq üçün ölkənin müxtəlif bölgələrinə köç edərkən, bəzən yerli əhali ilə qarşıdurmalar yaşanır. Onlar fermerlərin heyvanlarını oğurlamağa çalışdığını və hücum etdiyini iddia edir. Silahlı dəstələr isə bu gərginlikdən istifadə edərək bölgədə hücumlar təşkil edir və yerli əhalini qorxu altında saxlayır.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır"













