Google-un süni intellekti fotolara əsasən diaqnoz qoymağı həkimlərdən daha dəqiq bacarır
Google fotolara əsasən xəstəlik diaqnozu qoymaqda təcrübəli həkimləri belə geridə qoyan yeni süni intellekt sistemini hazırlayıb.
Far.Az ferra.ru-ya istinadən xəbər verir ki, yeni sistem Articulate Medical Intelligence Explorer (AMIE) adlanır və mətnlə yanaşı şəkilləri də işləyə bilən Gemini 2.0 Flash dil modelinə əsaslanır.
AMIE dəri xəstəliklərini tanımaq, elektrokardioqramları (EKQ) şərh etmək və laborator nəticələri analiz etmək bacarığına malikdir. Sistem adi fotolar, PDF sənədlər və analiz nəticələri ilə işləyə bildiyindən, məsafədən diaqnostika üçün universal alət hesab olunur.
Texnologiyanın dəqiqliyini yoxlamaq üçün 25 aktyorun "pasiyent" kimi iştirak etdiyi 105 simulyasiya olunmuş konsultasiya keçirilib. Hər bir halda həm AMIE, həm də real terapevtlər foto və mətn məlumatlarına əsasən diaqnoz qoyublar. Daha sonra müstəqil ekspertlər nəticələri qiymətləndirib və süni intellektin xüsusilə çətin hallarda daha dəqiq nəticələr göstərdiyi məlum olub.
Buna baxmayaraq, tərtibatçılar bildirirlər ki, bu testlər real klinik praktikanı tam əks etdirmir. AMIE-nin geniş miqyasda istifadəyə verilməsi üçün əlavə sınaqlara ehtiyac var.
Oxşar xəbərlər
Google-ın süni intellekt köməkçisi Gemini fərdi tətbiqlərə çıxış əldə edəcək
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
HONOR süni zəka əsaslı ekosistemə keçid strategiyasını təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













