Türkiyədə ard-arda iki zəlzələ baş verdi
Türkiyənin Amasya vilayətinin Gümüşhacıköy rayonunda 4,4 və 4,2 bal gücündə iki zəlzələ qeydə alınıb.
Far.Az Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi internet saytına istinadən xəbər verir ki, Gümüşhacıköydə yerli vaxtla saat 12:23-də 4,4 bal, saat 12:26-da isə 4,2 bal gücündə iki yeraltı təkan baş verib.
Zəlzələlər müvafiq olaraq 10,07 və 19 kilometr dərinlikdə qeydə alınıb.
Təkanlar səbəbilə bölgədə yaşayan vətəndaşlar qorxu içində binalardan çölə çıxaraq bir müddət gözləyiblər. Zəlzələ ətraf vilayət və rayonlarda da hiss edilib.
Amasya valisi Önder Bakan açıqlamasında vətəndaşlara "geçmiş olsun" arzularını çatdıraraq, "Çox şükür ki, bizə hər hansı mənfi halın olduğu barədə məlumat daxil olmayıb. Sahə üzrə yoxlama işlərinə dərhal başlanılıb. AFAD və digər qurumlarımız bölgədə araşdırmalarını davam etdirir," – deyə bildirib.
Qeyd edək ki, Gümüşhacıköy və Hamamözü rayonlarında məktəblərdə bu gün tədrisə ara verilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













