Ərdoğan Zelenski ilə telefon danışığında Rusiya-Ukrayna danışıqlarının bərpasını yüksək qiymətləndirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Rusiya – Ukrayna danışıqlarının bərpasını yüksək qiymətləndirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə telefon danışığı aparıb", – mətbuat xidməti bildirib.
Qeyd olunub ki, ölkə liderləri Türkiyə – Ukrayna ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.
"Prezident Ərdoğan görüşdə Rusiya və Ukrayna arasında birbaşa danışıqların yenidən başlaması iradəsini son dərəcə əhəmiyyətli hesab etdiyini, Türkiyənin prosesin hər mərhələsində lazımi dəstəyi verməyə hazır olduğunu bildirib", – məlumatda diqqətə çatdırılıb.
Türkiyə lideri "əhatəli atəşkəsin sülh danışıqlarının başlaması üçün lazımi şəraiti təmin edəcəyini, açılan fürsət pəncərəsinin qaçırılmaması lazım olduğunu" vurğulayıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Mart ayında hava iqlim normasından yüksək olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq













