"Nar" mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi
Sərfəli xidmətləri ilə yanaşı, sosial layihələri ilə də tanınan "Nar" inklüziv cəmiyyətin qurulmasına yönəlmiş təşəbbüslərini davam etdirir.
"Biz Hamımız Birik" adlı yeni DEIB (Diverislik, Bərabərlik, İnklüzivlik və Mənsubiyyət) strategiyası çərçivəsində şirkət həm əməkdaşlar, həm də müştərilər üçün bərabər, anlayışlı və əlçatan mühitin yaradılmasına töhfə verir.
Təşəbbüsün ilk mərhələsi kimi, "Nar"ın ön ofis əməkdaşları üçün işarə dili üzrə təlimlərə start verilir. Bu təşəbbüs eşitmə məhdudiyyətli şəxslərlə effektiv ünsiyyət qurmaqla xidmətlərin tam əlçatan olmasını təmin etməyi hədəfləyir. Təlimlər təcrübəli və sertifikatlı eşitmə məhdudiyyətli şirkət əməkdaşları tərəfindən aparılacaq ki, bu da öyrənmə prosesinə həm real təcrübə, həm də dəyər qatır.
Layihənin növbəti mərhələsində eşitmə məhdudiyyətli şəxslərin ehtiyaclarını dərindən analiz edərək, onlar üçün xüsusi olaraq dizayn edilmiş sərfəli və rahat məhsullar, eləcə də Çağrı Mərkəzi dəstəyi təqdim olunacaq. Məqsəd - bu icma üzvlərinə gündəlik həyatlarında maneəsiz kommunikasiya imkanı yaratmaq və onların real ehtiyaclarına cavab verən xidmətlər təqdim etməkdir.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Qalereya
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?
-
Azərbaycanda daha bir həkim vəfat etdi













