Tikintisi davam edən milyonluq villa SATIŞDA
Far.Az xəbər saytı

Tikintisi davam edən milyonluq villa SATIŞDA


Hollivudun məşhur cütlüyü – Oskar mükafatlı aktrisa Emma Stoun və komediya aktyoru əri Deyv MakKeri Teksas ştatının Ostin şəhərində yerləşən dəbdəbəli malikanələrini inşaatı hələ tamamlanmadan satışa çıxarıb. Məşhurlar bu mülk üçün 26,5 milyon dollar tələb edir. Malikanənin inşaatı başa çatmadan satışa çıxarılması isə maraq doğurub.

Far.Az haberler.com-a istinadən xəbər verir ki, Austin şəhərinin ən nüfuzlu yaşayış məhəllələrindən biri olan Tarrytown ərazisində yerləşən bu prestijli əmlak 1.24 dönüm torpaq sahəsində salınıb. Əsas yaşayış evində 4 yataq otağı, ərazidə isə ayrıca 2 otaqlı qonaq evi, həmçinin kinoteatr və əyləncə zonası ilə təchiz olunmuş qaraj mövcuddur.

Malikanə Lake Austin sahilinə yaxın ərazidə yerləşir və göldəki qayıq rampasına cəmi yarım mil məsafədədir. Layihəyə xüsusi üzgüçülük hovuzu da daxildir. İnşaat işlərinin bu yay tamamlanacağı gözlənilsə də, cütlüyün malikanəni niyə bu mərhələdə satışa çıxarması ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

Yayımlanan fotolara əsasən, tikinti işləri böyük ölçüdə tamamlanıb və mülk artıq yaşayış üçün hazır vəziyyətə yaxın görünür.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İtaliyanın nağıllar aləmi Komodan - REPORTAJ
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər