"Ermənilər maşınlarında həmişə avtomat və patron gəzdirirdilər" - Qərbi Azərbaycan Xronikası
Far.Az xəbər saytı

"Ermənilər maşınlarında həmişə avtomat və patron gəzdirirdilər" - Qərbi Azərbaycan Xronikası


Baku TV-də yayımlanan "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı Zəngəzurun Qafan rayonunun Acıbac kəndindən olan Mübariz Qənbərovun həyatına həsr olunub.

Far.Az xəbər verir ki, o, uşaqlıq və gənclik illərinin dağlarda, yaylaqlarda keçdiyini, kəndlərinin qədim türk yurdu olduğunu bildirib. Qənbərov ermənilərin alban abidəsini təhrif edərək xaç işarəsi və saxta tarixlər yerləşdirdiklərini, məktəbdə azərbaycanlılara qarşı ayrı-seçkilik edildiyini deyib. Onun sözlərinə görə, ermənilər kəndə silahla gəlir, azərbaycanlılara qarşı aqressiv davranırdılar.

1918-ci ildə Andranikin Acıbaca hücumunu, 1988-ci ildən sonra isə ermənilərin daha da aqressivləşdiyini xatırladan Qənbərov ailəsi ilə birlikdə Ermənistandan çıxmağa məcbur olduğunu qeyd edib. Hazırda Bakıda yaşasa da, doğulduğu kəndə qayıtmaq arzusundadır.

Verilişdə həmçinin Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların yaşadıqları çətinliklər və "Qayıdış Konsepsiyası"nın məqsədləri barədə məlumat verilir.

Veriliş 23 may saat 20:30-da Baku TV-də, 21:30-da isə YouTube kanalında yayımlanıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qərbi Azərbaycan Xronikası: 1988-ci ildə bizi avtomaşınlara doldurub Araz çayının sahilinə gətirdilər
Bağanıs Ayrımda ermənilərin öldürdükləri körpə ilə bağlı materiallar məhkəmədə nümayiş etdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər