Tel-Əviv Makronu anti-İsrail siyasətini dayandırmamaqda ittiham edib
Fransa prezidenti Emmanuel Makron İsrailə qarşı siyasətini davam etdirir.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkədə yaydığı məlumatda deyilib.
Departamentin səhifəsində bildirilib: "Prezident Makronun İsrailə qarşı səlib yürüşü davam edir. Makron faktlarla maraqlanmır. Heç bir humanitar blokada yoxdur. Bu, açıq yalandır".
Makron cümə günü bildirib ki, Qəzzaya tam miqyaslı humanitar yardımın çatdırılması bərpa olunmazsa, Avropa İsrailə nəzarəti gücləndirməlidir. O qeyd edib ki, İsrailin Qəzzaya humanitar yardım qadağası hələ tam aradan qaldırılmayıb və bu səbəbdən bölgədə humanitar vəziyyət pisləşir.
Öz növbəsində İsrail XİN qeyd edib ki, bu həftə Qəzza zolağına humanitar yardım daşıyan təqribən 900 yük maşını buraxılıb və daha yüzlərlə yük maşını əraziyə keçmək üçün gözləyir.
Eyni zamanda, İsrail XİN bildirib ki, Qəzza Humanitar Fondunun himayəsi altında humanitar yardım paylama mərkəzləri fəaliyyətə başlayıb. Bunun sayəsində Qəzza zolağının sakinləri artıq iki milyon ədəd qida və on minlərlə digər yardım dəstləri alıblar.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xaosun bir addımlığında: ermənipərəst baş nazirin ardınca Makronun gedişi Fransanın xilası olacaq - ŞƏRH
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Quba Soyqırımı Muzeyi "Bağ-park, monumental və xatirə abidələri" siyahısına daxil edilib













