İran ABŞ-nin nüvə proqramı təklifindən imtina edəcək
Far.Az xəbər saytı

İran ABŞ-nin nüvə proqramı təklifindən imtina edəcək


İran ABŞ-nin nüvə proqramı ilə bağlı təklifini rədd etməyi planlaşdırır.

Far.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yüksək vəzifəli iranlı diplomata istinadla məlumat yayıb.

Diplomatın sözlərinə görə, Tehran tərəfindən veriləcək cavab Vaşinqtonun təklifindən imtina kimi dəyərləndirilə bilər.

O qeyd edib ki, ABŞ-nin təklifində İranın uranı zənginləşdirməsinə dair mövqeyi dəyişməz qalır və Tehrana qarşı sanksiyaların ləğvi məsələsi ilə bağlı da aydın izah yoxdur.

"The Wall Street Journal" isə yazıb ki, Vaşinqtonla Tehran yeni tammiqyaslı nüvə sazişi istiqamətində ilkin mərhələ olaraq çərçivə sazişi razılaşdırmağa çalışır. İran tərəfi belə bir sazişin tərəfləri yeni müqaviləyə yaxınlaşdıra biləcəyini düşünür və ona mülki nüvə proqramına sahib olmaq hüququnun təsdiqi ilə yanaşı, nüvə silahı istehsalına can atmayacaqları öhdəliyinin də daxil edilməsini istəyir.

Bundan əlavə, sazişdə İranın nüvə obyektlərinə yoxlamaların keçirilməsi də mümkün şərtlərdən biri kimi göstərilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Qərbə anons verən İranın Rusiyaya hücumu - hamıya açıq olacaq Zəngəzur yolu - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər