"Nar" uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu
Sərfəli xidmətləri ilə tanınan "Nar" Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Regional İnkişaf İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən maarifləndirici kampaniyaya tərəfdaşlıq edərək, uşaqların hüquqlarının qorunması və bu sahədə məlumatlılığın artırılmasına dəstək verib.
Layihə çərçivəsində uşaqlar üçün maarifləndirici vörkşoplar, hüquqi bilikləri artıran təlimlər, interaktiv yarışmalar və əyləncəli fəaliyyətlər təşkil edilib. Bu fəaliyyətlərin əsas məqsədi uşaqlara hüquqlarını tanıtmaq, onları cəmiyyətin fəal üzvü olmağa təşviq etməkdir. Yarışmalarda fəallıq göstərən uşaqlar bu ilin sonunda Milli Məclisdə baş tutacaq qanunvericilik simulyasiyasında iştirak edəcək və "uşaq hüquqları səfiri" seçiləcəklər. Layihənin növbəti mərhələsində isə ilin sonuna doğru hüquqi məlumat və yardım imkanlarını əhatə edəcək "Hüquqlarını tanı" adlı mobil tətbiqin istifadəyə verilməsi, 14 regionda maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılıb.
Tədbirin açılış mərasimində çıxış edən "Nar"ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: "Biz "Nar" olaraq, uşaqların öz hüquqlarını tanıması, qoruması və cəmiyyətin fəal üzvünə çevrilməsi üçün bu cür təşəbbüsləri önəmli hesab edirik. Hər bir uşağın təhlükəsiz və bərabər imkanlı mühitdə böyüməsi üçün üzərimizə düşən sosial məsuliyyəti qürurla icra edirik".
Sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olaraq, "Nar" uzun illərdir, təhsilin əlçatanlığı, bərabər imkanlar və həssas qruplara dəstək sahəsində ardıcıl layihələr həyata keçirir. Şirkət bu dəfə də uşaqların hüquqlarının tanıdılması və qorunması istiqamətində vacib bir təşəbbüsə dəstək verərək daha dayanıqlı gələcəyin qurulmasına öz töhfəsini verib.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Qalereya
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Muxtar Babayev: İqlim maliyyəsi üçün yeni mexanizmlərin yaradılması vacibdir
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?













