Son 10 ildə Rusiyada kərə yağı fantastik həddə BAHALAŞIB
Rusiyada son 10 ildə ən çox bahalaşan qida kərə yağı olub.
Far.Az xəbər verir ki, bu barədə Rusiyanın "Parlament" qəzeti "İstehlakçıların hüquqlarının müdafiəsinin vəziyyəti haqqında" hesabata istinadən məlumat yayıb.
Bildirilib ki, son 10 ildə, 2014-cü ildən 2024-cü ilə qədər kərə yağı ən çox bahalaşaraq kiloqramı 339 (red: təqribən 7.27 manat) rubldan 927 (red: təqribən 19.87 manat) rubla qalxıb.
"Rosstat"ın məlumatına görə, ən çox bahalaşan ilk 3 məhsul arasında dondurulmuş balıq (kq-ı 98 rubldan 244 rubla qədər artıb) və alma (160 rubla qarşı 68 rubl) olub.
"2014-cü ildən mal ətinin qiyməti iki dəfə artıb - kiloqramı 252 rubla qarşı 560 rubl, toyuq ətinin qiyməti də demək olar ki, iki dəfə artıb - 117-yə qarşı 221 rubl. Süd on ildə 1,9 dəfə artıb - litri 78 rubla qədər", məqalədə deyilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Biznesdə milyonlarla pul itirmiş ulduzların SİYAHISI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Məşhur cütlüyün 1 milyarddan çox dəyəri olan əmlakı dövlətə keçir - Lüks villalar, maşınlar və…
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda 4 ayda sığortaedənlərin sayı 2,2 milyondan çox olub













